BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması istiqamətində işlərə başlanılıb - AÇIQLAMA

Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması istiqamətində işlərə başlamışıq.

 

Pravda.az xəbərinə görə, bu barədə Azərbaycanın təhsil naziri Emin Əmrullayev Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarla birgə keçirdiyi brifinqdə bildirib.

 

O qeyd edib ki, bu layihənin yaxın zamanlarda həyata keçirilməsi təmin ediləcək.

 

“Hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyacaq”, - nazir vurğulayıb.

Tarix: 3 Dekabr 2021, 15:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin