BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə silahlı insident

Gürcüstanın Laqodexi bələdiyyəsində mübahisə zəminində gənc oğlan yaralanıb.

Pravda.az xəbərinə görə, hadisə bu gün azərbaycanlıların yaşadığı Qaracalar kəndində baş verib.

Kənd sakini odlu silahdan gəncə bir neçə dəfə atəş açıb. Yaralı Laqodexidəki “Arximed” klinikasına yerləşdirilib.

Mübahisəyə nəyin səbəb olduğu məlum deyil.

Hadisə ilə bağlı qəsdən sağlamlığa ağır xəsarət yetirmə faktı ilə araşdırmalara başlanılıb.

Tarix: 3 Dekabr 2021, 21:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin