BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəhdət Partiyası: Hüquq mühafizə orqanlarının bu istiqamətdəki fəaliyyətlərini təqdir edirik

Müvəffəqiyyətli Vətən müharibəsi, Prezident, ordu və xalq birliyinin həyata keçirilməsi, işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinin aparılması fonunda bəzi daxili və xarici qüvvələr tərəfindən təbliğat vasitəsi kimi istifadə olunan müəyyən neqativ hadisələrin baş verməsi narahatlıq doğurub. Vəhdət Partiyası belə halların qarşısının alınması və aradan qaldırılmasını zəruri hesab edir.

 

Pravda.az-ın xəbərinə görə, bu, deputat Tahir Kərimlinin sədri olduğu Vəhdət Partiyasının bəyanatında bildirilib.

 

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin dekabrın 3-də keçirilən kollegiya iclasında cənab nazir Vilayət Eyvazov tərəfindən ifadə olunan ”Hər bir şəxsin qanunla qorunan hüquq və azadlıqları daim etibarlı qorunmalı, vətəndaşların əsassız saxlanılması, incidilməsi, ümumən onların narazılığını doğuran bütün neqativ hallar aradan qaldırılmalıdır" tapşırığının verilməsi partiyamızda məmnunluq doğurub. Vəhdət Partiyası hesab edir ki, qanun və hüququn aliliyinin təmin edilməsi ölkəmizin sabit inkişafının məhək daşlarından biridir. Odur ki, Daxili İşlər Nazirliyinin və digər hüquq mühafizə orqanlarının bu istiqamətdəki fəaliyyətlərini təqdir edirik” – bəyanatda qeyd olunub.

Tarix: 4 Dekabr 2021, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin