BURADA REKLAMINIZ OLA
BİLƏR

Xanım müştərilərə qarşı nalayiq hərəkətlər edən taksi sürücüləri ilə bağlı araşdırma aparılır - Daxili İşlər Nazirliyi

Son günlər sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin xanım sərnişinlərinə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdikləri əks olunan videogörüntülər paylaşılır. Görüntülər ictimailəşdikdən sonra Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə, polis orqanlarına, eləcə də nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə xanım vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər, müraciətlər daxil olmaqdadır.

 

Bunu DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.

 

E. Zahidov qeyd edib ki, müraciətlərin hər biri qeydiyyata alınaraq barələrində müvafiq araşdırmalar aparılır.

Tarix: 4 Dekabr 2021, 11:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin