BURADA REKLAMINIZ OLA
BİLƏR

40 yaşlı kişi yanaraq öldü

Qusar rayonunda ev yanıb, bir nəfər ölüb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Rayonun Gündüzqala kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli (hər mərtəbəsi 150 m², aynabənd və pilləkən qəfəsi taxta konstruksiyalardan ibarət) aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 260 m² sahədə yanıb.

 

Yanğın yerinin kəşfiyyatı zamanı 1981-ci il təvəllüdlü Babayev Əsfər Əmirağa oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix: 4 Dekabr 2021, 11:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin