BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Goranboyda qəbiristanlıqlardan oğurluq edənlər tutuldu

Goranboy rayonunda qəbiristanlıqlardan oğurluq edən şəxslər müəyyən edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəyirminlar kənd qəbristanlığındakı qəbirlərdən birinin ətrafına çəkilmiş dəmir məhəccəri oğurlamaqda şübhəli bilinən Qarasuçu kənd sakini, əvvəllər məhkum olunmuş K.Həsənov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmkəndlisi A.Bayramovla birgə müxtəlif vaxtlarda daha 6 qəbirin ətrafına çəkilən dəmir məhəccərləri oğurlaması da müəyyən edilib.

 

Əməliyyat tədbirləri ilə A.Bayramov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Tarix: 4 Dekabr 2021, 13:34   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin