BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhid anası vəfat etdi

Aprel döyüşləri şəhidi Mahmud İbrahimovun anası Gülnaz İbrahimova bu gün vəfat edib.

 

Pravda.az xəbər verir ki, bu barədə şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova məlumat verib. O qeyd edib ki, şəhid anası uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

 

Qeyd edək ki, şəhid Mahmud Azər oğlu İbrahimov 1997-ci ilin 3 sentyabr tarixində Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olub. 2016-cı ilin Aprel döyüşlərində şəhid olan əsgər doğulduğu Mehdiabad qəsəbəsində dəfn olunub. Döyüşlərdə göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Tarix: 4 Dekabr 2021, 14:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin