BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident sərəncam imzaladı

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 5.2-ci bəndinə uyğun olaraq qərara alıram:

 

1. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

 

Müşahidə Şurasının sədri

 

Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi –

 

Azərbaycan Respublikası Prezidentinin

 

Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri

 

şöbəsinin müdiri

 

Müşahidə Şurasının üzvləri

 

İnam Kərimov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

 

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

 

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin

 

köməkçisi

 

Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri.

 

2. “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2057) ləğv edilsin.

 

3. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 iyun tarixli 1226 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1064) ləğv edilsin.

 

4. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 aprel tarixli 1989 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 454) ləğv edilsin.

Tarix: 4 Dekabr 2021, 14:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin