BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Vaksin olunanların bu günə olan statistikası

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 339 vaksin vurulub.

Pravda.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 017, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 363, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 19 959 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 707 988, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 098 541, ikinci mərhələ üzrə 4 593 278 nəfər təşkil edir. Ümumilikdə isə 1 011 169 “buster” doza vurulub.

Tarix: 5 Dekabr 2021, 16:50   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin