BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda sahibsiz itlər kişinin qulağını qopardı

Kürdəmirdə sahibsiz itlər rayon sakininə hücum edərək qulağını qoparıb.

 

Hadisə rayonun QarasaqqaI kəndində qeydə alınıb.

 

Kənd sakini 49 yaşlı Məmmədov Qurban Əhəd oğlu kənddə gəzərkən küçə itlərinin hücumuna məruz qalıb. Nəticədə itlər Q.Məmmədovun sağ qulağını dişləyərək qoparıb. Zərərçəkən ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, cari ildə Kürdəmirdə 300 nəfərdən çox insan itlərin hücumuna məruz qalıb.

 

APA

Tarix: 5 Dekabr 2021, 21:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin