BURADA REKLAMINIZ OLA
BİLƏR

Namik Ələskərov “Bursaspor”da daha bir qol vurdu - VİDEO

Futbol üzrə Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilib.

 

Pravda.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Dənizlispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

 

Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib. Bursalıların 40-cı dəqiqədə vurduğu ikinci qolun müəllifi də məhz Ələskərov olub.

 

“Bursaspor” 15 turdan sonra 17 xalla 19 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

 

Tarix: 5 Dekabr 2021, 23:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin