BURADA REKLAMINIZ OLA
BİLƏR

"Mina xəritələrinin Azərbaycana təhvil verilməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir" - RƏY

“Ermənistan tərəfi Azərbaycanın humanist addımları nəticəsində işğaldan azad edilmiş ərazilərin mina xəritələrini təhvil verib. Qeyd olunub ki, həmin xəritələr əvvəlki 3 rayondan başqa bütün əraziləri əhatə edir, amma onların nə qədər doğru-düzgün olduğunu bilmədiyimiz üçün xəritələrə etibar etməməliyik. Nəzərə almaq lazımdır ki, ötən aylarda verilən xəritələrin doğruluğu yalnız 25 faiz idi. Bu, ermənilərin növbəti fırıldağı ola bilər. Biz yalnız ehtiyatı əldən vermədən həmin xəritələrdən istifadə edə bilərik. Eyni zamanda unutmaq olmaz ki, mina xəritələrinin Azərbaycana təhvil verilməsi Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Bu, qalibiyyət siyasəti, düşmənə üstün gəlmək siyasətidir”.


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov ötən gün Ermənistana geri qaytarılan 10 erməni hərbçinin qarşılığında işğaldan azad edilmiş ərazilərin mina xəritələrinin Azərbaycana təhvil verilməsi barədə danışarkən deyib.

 

 

Deputat bildirib ki, istənilən halda, ermənilər heç vaxt və heç bir səbəbə görə etibar etmək olmaz, çünki onlar tarixən vədlərinə əməl etməyib, daim saxtakarlıqla məşğul olublar: “Müharibə və post-müharibə dövründə tərəflər arasında müəyyən razılaşmaların olması təbiidir. Hesab edirəm ki, biz bununla öz humanistliyimizi nümayiş etdiririk. Ümid edirəm ki, geri qaytarılan hərbçilərin hamısı olmasa da, içində 1-2 nəfəri Azərbaycanın beynəlxalq normaları necə qoruduğunu etiraf edər. Amma təəssüflər olsun ki, erməni əsriliyində olan azərbaycanlılar hər zaman ermənilərin vəhşiliyinə məruz qalırdılar”.


E.Məmmədov, həmçinin mina xəritələrinin Azərbaycana təhvil verilməsinin Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu vurğulayıb. Qeyd edib ki, bu, düşməni istədiyimiz nəyisə etdirməyə məcbur etmək qabiliyyətinə malik olmağımız mənasına gəlir. Əgər düşmən bizim haqlı olduğumuzu dərk etməsə və gücümüzün fərqində olmasa, bunlar baş verməzdi. Yəni, Azərbaycan gücü və ədalətli mövqeyi qarşısında düşmənin acizliyini və nadan mövqeyinin olduğunu sübut edib”.


Nəzrin Cavid 

Tarix: 6 Dekabr 2021, 11:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin