BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycanın əldə etdiyi uğurlar Prezident İlham Əliyevin qətiyyətli siyasətinin bəhrəsidir" - RƏY

“Azərbaycan növbəti dəfə humanist addım ataraq ölkəmizdə saxlanılan 10 hərbçini Ermənistana geri qaytarıb. Bu, Azərbaycan dövlətinin humanistliyindən xəbər verir. Həmçinin mövqeyimiz bir daha sübut edir ki, biz bölgədə sülh və əmin-amanlığın bərpası, o cümlədə uzunmüddətli mövcudluğuna çalışırıq. Erməni hərbçilərinin təhvil verilməsi Azərbaycanın sülhə hazır olduğunu göstərir”.


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə işğaldan azad edilmiş ərazilərin mina xəritələrinin təhvil verilməsi qarşılığında Azərbaycanın Ermənistana 10 hərbçini geri qaytarması məsələsinə münasibət bildirərkən deyib.

 

 

Parlament üzvü bildirib ki, Azərbaycan regionu sabitlik və əməkdaşlıq regionuna çevirmək istəyir: “Bu cür humanist addımlar nəticəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılmasına nail olmaq olar. Dövlətimiz həmişə olduğu kimi yenə də humanizm dəyərlərini üstün tutaraq regionda sülh şəraitinin yaranmasına çalışır. Həmçinin, Azərbaycanın istəyi odur ki, Ermənistan bizim humanizmimizə alternativ addımlar atsın. Ermənilərin bunun qarşılığında verdiyi mina xəritələrinə gəlincə, onlara, əlbəttə ki, güvənmək olmaz. Nəzərə almaq lazımdır ki, ötən aylarda verilən mina xəritələrinin çox az qismi doğru idi. İstənilən halda, Azərbaycan iştirak etdiyi proses, əldə etdiyi uğurlar Prezident İlham Əliyevin qətiyyətli siyasətinin bəhrəsidir”.


 Nəzrin Cavid

Tarix: 6 Dekabr 2021, 13:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin