BURADA REKLAMINIZ OLA
BİLƏR

Kreml Putin-Bayden görüşünün gündəliyini açıqlandı

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden Ukrayna ətrafındakı gərginliyi, NATO-nun Rusiya Federasiyası sərhədlərinə irəliləməsini və Rusiya liderinin təhlükəsizlik zəmanətləri haqqında təşəbbüsünü müzakirə edəcəklər.

Pravda.az-ın məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü bundan başqa Putin və Baydenin acınacaqlı vəziyyətdə olan Rusiya-ABŞ ikitərəfli münasibətlərini, eləcə də Cenevrədə əldə olunan razılaşmaların həyata keçirilməsini müzakirə edəcələrini də söyləyib.

Qeyd edək ki, dekabrın 7-də Rusiya və ABŞ liderləri arasında videokonfrans formatında danışıqlar keçiriləcək.

Tarix: 6 Dekabr 2021, 14:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin