BURADA REKLAMINIZ OLA
BİLƏR

Yetkinlik yaşına çatmayan 7 nəfər amnistiyaya düşdü

Zəfər Günü münasibəti ilə qəbul olunan amnistiya aktı çərçivəsində bu günədək 3448 kişi, 228 qadın amnistiyaya düşüb.

 

Pravda.az xəbər verir ki, bu barədə “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair Baş Prokurorluqda keçirilən brifinqdə məlumat verilib.

 

Məlumata görə, amnistiyaya düşən şəxslərin əksəriyyəti mülkiyyət əleyhinə cinayət törətmiş şəxslərdir. Bu şəxslərdən 35 faizi 31-40 yaş aralığında olan məhkumlardır. Onların sayı 1273 nəfərdir. 60 yaşdan yuxarı 155 məhkum da Zəfər Günü ilə bağlı qəbul edilən amnistiyaya düşüb.

 

Tarix: 6 Dekabr 2021, 15:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin