BURADA REKLAMINIZ OLA
BİLƏR

Amnistiya aktı tətbiq edilən cərimə cəzalarının məbləği açıqlandı

"Son dövrlər cəzaların humanistləşdirilməsi üçün alternativ cəzalar verilir. Əsasən cərimə cəzaları və azadlıqdan məhrum etməməklə bağlı cəzalar seçilir”.

 

Pravda.az xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.

 

Qeyd olunub ki, cərimə cəzası verilən şəxslərin maddi durumu nəzərə alınır. Bu günə qədər Amnistiya aktı tətbiq edilən cərimə cəzalarının məbləği 500 min manatdan çox olub.

Tarix: 6 Dekabr 2021, 15:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin