Xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Baş katibi Caqannat Çapaqainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Pravda.az xəbər verir ki, 4-6 dekabr tarixlərində ölkəmizdə səfərdə olan IFRC nümayəndə heyəti Ağdam və Füzuliyə baş çəkib, dövlət qurumlarında görüşlər keçirib və Bakının yaxınlığında məskunlaşmış məcburi köçkünləri ziyarət edib.
Nazir müavini IFRC-nin 1990-cı illərdə ölkəmizə göstərdiyi humanitar yardımlara, eləcə də Federasiyanın üzvü olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin gücləndirilməsinə göstərilən dəstəyə görə təşkilatın rəhbərinə təşəkkür edib.
44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfindən törədilmiş beynəlxalq humanitar hüquq pozuntuları barədə qonaqlara məlumat verən nazir müavini, münaqişə bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrimizin Ermənistan tərəfindən qəsdən hədəfə alınmasının ciddi humanitar hüquq pozuntusu olduğunu vurğulayıb.
Ötən il Federasiyanın Azərbaycandakı Nümayəndəliyinin öz fəaliyyətini bərpa etməsinin təşkilatla Azərbaycan arasında əməkdaşlığın daha da güclənməsinə xidmət edəcəyinə ümid ifadə olunub və bu xüsusda, məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi üçün işğaldan azad edilmiş ərazilərimizin bərpasına bu əməkdaşlığın töhfə verə biləcəyi vurğulanıb.
Baş katib Ağdamda gördüyü dağıntıların miqyasından çox təsirləndiyini qeyd edib. O, Azərbaycanın yüksək sürətlə inkişaf edən bir ölkə olduğunu, bu baxımdan, milli cəmiyyətin də bu sürətə uyğun inkişafının vacib olduğunu və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin daha da güclənməsi üçün Federasiyanın bundan sonra da öz səylərini əsirgəməyəcəyini, eləcə də, münaqişənin təsirlərinə məruz qalmış əhaliyə humanitar dəstəyin davam etdiriləcəyini bildirib.
Görüş zamanı Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizədə göstərdiyi beynəlxalq səylər, vaksin millətçiliyi ilə mübarizə və vaksinlərin ədalətli paylanması üçün Qoşulmama Hərəkatının sədri qismində BMT-nin İnsan Hüquqları Şurası və Baş Assambleyada irəli sürdüyü qətnamə layihələri müzakirə olunub. Baş katib Azərbaycanın dünyada vaksinlərin ədalətli paylaşılması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin