BURADA REKLAMINIZ OLA
BİLƏR

Müsavatdan saxta sənədlərlə bağlı daha bir AÇIQLAMA: “Baş Prokurorluğa təqdim edin”

“Neçə vaxtdır , aləmə car çəkirib deyirəm ki, kimin əlində Müsavat Partiyası tərəfindən verildiyi güman edilən şübhəli sənəd varsa, təqdim etsin, araşdıraq, günahkarlar cəzalansın. Mənə inanmırsınzsa, o sənədləri Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə təqdim edin, onlar araşdırsın”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

 

G.Aslanlı qeyd edib ki, Tofiq Yaqublu bir sənədi şübhəli hesab etdiyini söyləyib: “Onu dəqiqləşdirib, cavabını vermişəm. Razı qalıb, qalmadığı öz işidir. Əgər Tofiq bəy yenə o sənəddən söz açırsa, buyursun, bir daha təqdim etsin, indi komissiya ilə birlikdə araşdırsınlar. Bəzi insanların təfəkküründə hələ də qalmaqdadır ki, əgər hansısa işi görməklə pul qazanmaq imkanı varsa, o, işi haqqına görən insan ola bilməz. Olar, dostlar, olar! Halal çörəklə, kasıblıqla böyüyən, nəfsi tox olan, övladlarına haram yedirtməyi qəbul etməyən insanlar var. Sadəcə, özünüzü onları görməməzliyə vurursuz! Əlinizdə olan, şübhəli hesab etdiyiniz sənədləri Müsavat Partiyasında yaradılan komissiyaya təqdim edin və birgə araşdırmada iştirak edin. Şübhədən qurtarın! Günahkarların cəzalanmasına nail olun!”.

Tarix: 21 Noyabr 2019, 01:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin