BURADA REKLAMINIZ OLA
BİLƏR

Araz Əlizadə: "Azərbaycanda rus dilində təhsil vacibdir"

“Azərbaycanda rus dilinin tədrisi, eynən ingilis dilinin tədrisi kimi vacibdir. Hesab etmirəm ki, rus dilində təhsil alanlar rus təfəkküründə formalaşırlar. Nəzərə almaq lazımdır ki, Azərbaycanda rus dilini tədris edənlər ruslar ya da başqa millətin nümayəndələri deyillər”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Sosial Demokratik Partiyasının sədri Araz Əlizadə deyib.

 

Partiya sədri bildirib ki, azərbaycanlı müəllimlərin rus dilini tədris etdiyi uşaqlar və gənclər rus təfəkküründə böyüyə bilməzlər: "Təhsilin həm də tərbiyə olduğunu əsas götürsək, deyə bilərik ki, həmin təhsilalanları tərbiyə edən azərbaycanlılardır. Fikrimcə, Ermənistanda və Gürcüstanda rus dili tədrisinin qadağasının Azərbaycanla əlaqələndirilməsi doğru deyil. Rus dilində təhsil, əlbəttə ki, vacibdir".

Tarix: 7 Dekabr 2021, 10:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin