BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bank hesabı açılsın, müğənnilər üçün pul yığılsın”

“Bankda hesab açılmalıdır. Tutaq ki, Cavanşir Məmmədov "Xalq artisti" olmaq istəyir, xidmətlərim buna yol verir. 10 milyon millətimiz var. 5 milyonu kənara qoyaq, qalan beş milyon 50 qəpikdən 5, 10 minə qədər, gücü nəyə çatırsa, hesaba köçürsün. Hesabda 5 milyon yarandıqdan sonra Mədəniyyət Nazirliyinin balansında olsun. Sənət adamları xəstələnəndə həmin pul ona xərclənsin”.

 

Pravda.az-ın xəbərinə görə, bunu müğənni Cavanşir Məmmədov MTV-nin “Tarixin bir günü” verilişində deyib.

 

“Demir, filan müğənnini sevirəm, ona 50 qəpik, 1 manat verəndə dünya dağılır? O pul yığılandan sonra təsdiq edir ki, müğənnini sevirlər” – C.Məmmədov qeyd edib.

Tarix: 7 Dekabr 2021, 11:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin