BURADA REKLAMINIZ OLA
BİLƏR

“Nazilə Səfərli bizə şər atır” - Ağakərimin oğlundan CAVAB

Meyxanaçı Ağakərimin oğlu Kamil Novruzov şair Nazilə Səfərlinin onların ünvanına səsləndirdiyi iddialara cavab verib.

 

Pravda.az xəbər verir ki, məsələ ilə bağlı danışan Kamil bildirib ki, N.Səfərli onlara şər atır:

 

“Bu insandan soruşan lazımdır ki, sən bu məlumatları haradan alırsan? Bu qədər uydurmalar olar? Atamın bir evi var, o da hazırda yaşadığımızdır. Onu da satmırıq.

 

Atam yeni xəstələnən vaxtında torpaq sahəmiz var idi, onu satdıq. Həmin pulu da atamın müalicəsinə xərclədik. Daha sonra atamın müalicə xərcini Heydər Əliyev Fondu üzərinə götürdü. O vaxtdan da atamı diqqətdə saxlayırlar.

 

Nazilə Səfərlinin bu söhbətlərindən yoruldum. Nə etmək istəyir başa düşmürəm. Onun dediyi bu şayiələr, yalanlar vicdanlı insana yaraşan hal deyil. Bu qadınla bizim əvvəllər də heç bir tanışlığımız olmayıb”.

 

Axşam.az

Tarix: 7 Dekabr 2021, 15:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin