BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan mina xəritələrinin Azərbaycana təhvil verilməsi məsələsində qeyri-səmimi mövqedən çıxış edirdi”

 

 

“Ermənistan bir çox məsələdə olduğu kimi, mina xəritələrinin Azərbaycana təhvil verilməsi məsələsində də təəssüflər olsun ki, qeyri-səmimi mövqedən çıxış edirdi”.

 

Pravda.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

 

Nazir müavini qeyd edib ki, Ermənistan tərəfi bu məsələnin, ümumiyyətlə, şərh edilməsindən imtina edirdi: “Yalnız iyun-iyul aylarında işğaldan azad edilmiş Ağdam, Füzuli və Zəngilan rayonları üzrə mina xəritələrinin təqdim edilməsi müqabilində Azərbaycanda saxlanılan və müxtəlif cinayətləri törətdiyinə görə məsuliyyətə cəlb edilən erməniəsilli şəxslərin qeyri-şərtsiz azadlığa buraxılması ilə şərtləndirilmişdi”.

Tarix: 8 Dekabr 2021, 11:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin