BURADA REKLAMINIZ OLA
BİLƏR

“Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Azərbaycanla bağlı iddialarını təmin etməməsi dövlətimizin uğuru kimi qiymətləndirilməlidir” - RƏY

"Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Azərbaycanla bağlı iddialarını təmin etməməsi, əlbəttə ki, dövlətimizin uğuru kimi qiymətləndirilə bilər. Prinsipcə, Azərbaycan beynəlxalq müstəvidə lazım olan addımları atıb, ərazi bütövlüyünü təmin edib. Ermənistanın həm iqtisadi, həm ictimai-siyasi, həm də humanitar düşüncə baxımından böhrana düşdüyü bütün dünyaya məlumdur. Azərbaycanla bağlı bir sıra iddialarının təmin edilməməsi də bunun növbəti sübutudur".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

 

 

N.Cəfərov qeyd edib ki, Ermənistanın mövcud böhranını yeni hadisə adlandırmaq olmaz: "Bu, Ermənistanın müstəqillik əldə edəndən bəri yürütdüyü siyasətin nəticəsidir. Həyata keçirilən siyasət Ermənistanı tam çökməyə aparır. Bu, həm siyasi, həm də ümumictimai müstəvidə belədir. Ermənistan Azərbaycanın bu cür möhkəm özünümüdafiəsinin, regionda və bütün dünyada harmoniya yaratmaq cəhdlərinin şahididir. Sözsüz ki, Azərbaycan bu məsələdə öz tarixi işini gördü və şanlı Zəfərə nail oldu. Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın iddialarını tələb etməməsi onlara növbəti dərs olmalıdır".

 

Nəzrin Cavid

Tarix: 8 Dekabr 2021, 11:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin