BURADA REKLAMINIZ OLA
BİLƏR

Gələn il Ermənistana qarşı daha iki məsələ üzrə iddia qaldırılacaq

“Ermənistana qarşı müxtəlif beynəlxalq konvensiyalar üzrə Azərbaycan şikayətlər qaldıracaq. Hansı ki, həmin konvensiyalarda şikayət etmə prosedurları bir-birindən fərqlənəcək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən gün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.

 

Nazir müavini bildirib ki, artıq Azərbaycan gələn il iki konkret istiqamət üzrə şikayət verəcək: “Bunlardan biri ətraf mühitə vurulmuş ziyanın miqyası ilə bağlı olacaq. Və təbii ki, mövcud bəzi konvensiyalar çərçivəsində həmin ərazilərdə ətraf mühitə vurulmuş ziyanla bağlı məsələnin qaldırması planlaşdırılır. Digər məsələ enerji resursları ilə bağlı olacaq. İşğaldan azad edilmiş ərazilərdə enerji resurslarından Ermənistanın qanunsuz istifadə etməsi və istismar faktları toplanır və bununla bağlı iddia qaldırılmasına hazırlaşırıq”.

Tarix: 8 Dekabr 2021, 12:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin