BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Sevinc Osmanqızı və onun kimiləri Azərbaycan dilində danışsalar da, ermənipərəst qüvvələrə xidmət edirlər”

"Təəssüflər olsun ki, Sevinc Osmanqızı və onun kimilərinin mövqelərinin dəfələrlə şahidi olmuşuq. Onların kimlərdən maliyyələşdirildiklərinə dair dəfələrlə jurnalist araşdırmaları aparılıb. Fikrimcə, Sevinc Osmanqızının belə fikir səsləndirməsində təəccüblü heç nə yoxdur, çünki bir qrup şəxs onsuz da bu yolu seçib. Onlar Azərbaycan dilində danışıb, özlərini bizim dövlətin təəssübkeşi kimi göstərsələr də, əslində ermənipərəst qüvvələrə xidmət edirlər".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev jurnalist Sevinc Osmanqızının Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı səsləndirilən "Kaş ki, o, bizim prezidentimiz olardı" fikri ilə razılaşması barədə danışarkən deyib.

 

Parlament üzvü bildirib ki, bir qrup şəxsin Paşinyana həsəd aparmalarının səbəbi bəllidir: "Düşünürəm ki, biz səsləndirilən bu cür fikirləri və həmin şəxsləri ciddi qəbul etdikcə onlar bundan fərəhlənir və sevinirlər, həmçinin ağaları qarşısında hesabat verərək daha çox maliyyə və dəstək əldə edirlər. Məncə, belə fikirlərə təəccüblənməməli və ciddi qəbul etməməliyik. Onlar yaxın vaxtlarda bəlkə də elə Ermənistan vətəndaşlığını qəbul edib orada da yaşayacaqlar, çünki həmin qrup şəxsin oturub durduğu, əlaqə qurduğu, maliyyə dəstəyi aldığı insanlar bu və ya digər formada Ermənistana bağlı olanlardır. Sadəcə olaraq, təəssüf edirik. Azərbaycan dilində danışanların, özlərini azərbaycanlı kimi təqdim edənlərin dövlətimizə bu cür münasibəti bizi məyus edir".

 

Nəzrin Cavid

Tarix: 8 Dekabr 2021, 12:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin