BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Şəhid ailələrinin və Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Prezidentin həyata keçirdiyi sosial siyasətin ana xəttini təşkil edir”

"Şəhid ailələrinin və Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi vəziyyətinin yaxşılaşdırılması Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin ana xəttini təşkil edir. Hər iki kateqoriyadan olan insanlara edilən birdəfəlik yardımlar, aylıq müavinətlər, onların dövlət hesabına mənzillə, avtomobillə təminatı, pulsuz sanatoriya-kurort müalicəsi, şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladlarının təhsil haqqının ödənilməsi, növbədənkənar özünü məşğulluq proqramlarına cəlb olunması və s. bunun bariz nümunəsidir".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputat Milli Məclisin dekabrın 3-də keçirilən plenar iclasında Vergi Məcəlləsinə şəhid ailələri və qazilər barədə edilən dəyişiklikdən də danışıb. Qeyd edib ki, dəyişikliklərdə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri nəzərdə tutulur. Konkret olaraq, Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da  banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergisindən azad edilir. Başqa bir dəyişiklik isə, şəhid olmuş şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 min manata qədər olan hissəsinin gəlir vergisindən azad olunmasıdır. Qanunvericiliyə edilmiş dəyişikliklər, bir daha onu göstərir ki, Azərbaycan dövləti, şəxsən ölkə başçısı vətən qarşısında ləyaqətlə xidmət etmiş, sosial qayğıya ehtiyacı olan hər bir vətəndaşın yanındadır".

 

Nəzrin Cavid

Tarix: 8 Dekabr 2021, 13:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin