BURADA REKLAMINIZ OLA
BİLƏR

"Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın iddialarını təmin etməməsi Azərbaycanın növbəti uğurudur" - RƏY

"44 günlük Vətən müharibə dövründə beynəlxalq aləm erməni vəhşiliyini müşahidə etdi. Xüsusilə, işğaldan azad olunan torpaqlara olunan səfərlər zamanı bu terror daha aydın üzə çıxdı. Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti onların növbəti həyasızlığının nümunəsidir".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.




M.Cəfərov bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair" iddiasını təmin etməyib: "Məhkəmədə, həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiasının təmin olunmaması da Azərbaycanın növbəti uğurudur. Bu 3 məsələ üzrə ermənilərin iddiasına dair nümayəndələrimizin sübut və tutarlı  dəlillər təqdim etməsi bu qərarın verilməsinə gətirib çıxartdı".

Nəzrin Cavid

Tarix: 8 Dekabr 2021, 17:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin