BURADA REKLAMINIZ OLA
BİLƏR

Vüsalə Mahirqızının vəzifəsindən getməsi barədə məlumat yalandır - AÇIQLAMA

Bu gün bəzi saytlarda APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızının işindən ayrılması, media qrupa yeni Baş direktor təyinatı ilə bağlı əsassız və yalan məlumat yayılıb.

Pravda.az xəbər verir ki, bu barədə APA Media Qrupun yaydığı açıqlamada bildirilir.

"Son bir il ərzində qrupda çoxsaylı struktur dəyişiklikləri aparılıb. Belə ki, qrupa daxil olan media qurumlarında rəhbər dəyişikliyi olub, strukturun xeyli hissəsi yenidən formalaşdırılıb, daha çox gəncləşdirilib.

Vüsalə Mahirqızı isə APA Media Qrupun Baş direktoru kimi öz vəzifəsini icra edir.

Bir daha həmkarlarımıza və ölkə ictimaiyyətinə qrupumuza olan həssas münasibətə görə təşəkkür edirik. Eyni zamanda həmkarlarımızı dəqiqləşdirilməmiş və qeyri-ciddi məlumatları, şayiələri xəbərə çevirməməyə çağırırıq" - yayılan məlumatda qeyd olunub.

Tarix: 8 Dekabr 2021, 17:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin