BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: "Sevinc Osmanqızı atasının ermənilər tərəfindən qətlə yetirilməsinə baxmayaraq..."

"Marjinal müxalifət hər addımda özləri öz gerçək kimliklərini bir daha ifşa edirlər. Məsələn, Əli Kərimlinin “silahdaşı” Sevinc Osmanqızı kimi. Sevinc Osmanqızı atasının ermənilər tərəfindən qətlə yetirilməsinə baxmayaraq, Ermənistanın vətəndaşı olmaq arzusundadır və Paşinyanın onun prezidenti olmasını istəyir".


Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.


"Onun bu erməni sevgisinin arxasında hansı faktların durmasından hər birimiz məlumatlıyıq. Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandanın ətrafında yumruq olaraq birləşib və xalqımız hansısa xarici qrantların hesabına ölkəmizi gözdən salmağa cəhd edən bu qəbildən olan çirkin kampaniyalara heç bir halda yol vermir" - A.Əliyev qeyd edib.

Tarix: 8 Dekabr 2021, 17:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin