BURADA REKLAMINIZ OLA
BİLƏR

İstanbulda qəzaya düşən azərbaycanlı gənc vəfat etdi

Azərbaycanlı gənc Türkiyədə ağır qəzaya düşüb.

Pravda.az xəbər verir ki bu barədə Elyar İslamoğlu məlumat verib.

O bildirib ki, Naxçıvan MR Şərur rayonunun Dizə kənd sakini Mehdi Əsədzadəni bir neçə gün əvvəl İstanbulda maşın vurub.

Bütün müdaxilələrə rəğmən 26 yaşlı gənc bu gün dünyasını dəyişib.

M.Əsədzadə İstanbulda yaşayıb və orada çalışırmış. O, Türkiyəyə bir müddət əvvəl gedibmiş.

M.Əsədzadənin qardaşı Həsən Əsədzadə Vətən Müharibəsi qazisidir. O, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

 




Tarix: 8 Dekabr 2021, 20:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin