BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Bu, onların öz oyunudur və erməni lobbisinə bağlılıqlarını nümayiş etdirirlər”

"Sevinc Osmanqızı və onun kimilər Azərbaycan əleyhinə birbaşa fəaliyyət göstərən qüvvələrdirlər. Sevinc Osmanqızının verilişinə çıxanların əksəriyyəti erməni lobbisinə xidmət edən anti-milli qruplardır. Jurnalistin Paşinyanla bağlı səsləndirdiyi fikirdə təəccüblü heç nə yoxdur və yüz faiz əminəm ki, guya sıradan bir vətəndaş kimi qələmə verilən həmin şəxsin verilişə bağlanması növbəti təxribatdır. Bu, onların öz oyunudur və erməni lobbisinə bağlılıqlarını nümayiş etdirirlər".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, ümumiyyətlə, son vaxtlar Azərbaycandan kənarda yaşayan mühacirlərin təhqir və şər-böhtan kampaniyalarını intensivləşdirmələrinin, dəridən-qabıqdan çıxmalarının əsas səbəbi Azərbaycanın dünyada artan nüfuzudur: "Onlar erməni lobbisinin tezisləri üzərindən Azərbaycan əleyhinə iş aparırlar. Belə qruplaşmalar dövlətimizin 44 günlük Vətən müharibəsindən sonra təkcə Ermənistana deyil, bütövlükdə erməni lobbisi və faşizminə qalib gəldiyini gördülər. Odur ki, müəyyən xarici qüvvələr sapı özümüzdən olan baltalardan istifadə edərək Azərbaycanın artan nüfuzuna xələl gətirmək istəyirlər. Sevinc Osmanqızının sonuncu bu cür davranışı da bir daha sübut etdi ki, onlar Azərbaycanın dünyada artan nüfuzu və hörmətinə qarşı çalışır, ciddi mübarizə aparırlar. Şükürlər olsun ki, Azərbaycan vaxtında belə adamları silib-süpürüb, layiq olduqları yerə atıb. Beləliklə, anti-milli fəaliyyət göstərən şəxslərin növbəti cəhdi də uğursuz nəticələndi".

 

Nəzrin Cavid

Tarix: 9 Dekabr 2021, 10:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin