BURADA REKLAMINIZ OLA
BİLƏR

Etibar Əliyevdən Saleh Rüstəmli ilə bağlı açıqlama: "Hər kəs törətdiyi əməlinin cəzasını mütləq çəkməlidir"

Deputat Etibar Əliyev Saleh Rüstəmovla bağlı Prezidentə müraciətini geri götürdü.

Milli Məclisin deputatı Etibar Əliyev həbsdə olan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovun cinayət əməlini bilmədiyi halda onun həbsdən azadlığa buraxılması ilə bağlı mətbuatda fikir bildirdiyini deyib.

Deputat Saleh Rüstəmovun azadlığa buraxılması üçün rəsmi müraciət etmədiyini vurğulayıb.

Pravda.az xəbər verir ki, bu barədə deputat açıqlamasında bildirib.

O qeyd edib ki, Saleh Rüstəmovun ağır cinayətlərdə ittiham olunduğunu sonradan öyrənib: “Onun işinə ancaq hüquqi prosedurlar çərçivəsində baxıla bilər. Azərbaycan hüquqi dövlətdir. Ona görə də bu məsələnin hüququn aliliyi ilə həll ediləcəyinə inanıram. Hər kəs törətdiyi əməlinin cəzasını mütləq çəkməlidir”.

Gununsesi.info

Tarix: 9 Dekabr 2021, 13:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin