BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubad İbadoğlunun rəhbərlik etdiyi təşkilat dövlət qeydiyyatına alındı

Ədliyyə Nazirliyi ADR Partiyasını deyil, ADR Hərəkatını 6 ildən sonra qeydiyyata alıb.


Pravda.az-ın xəbərinə görə, bu barədə təşkilatın sədri Qubad İbadoğlu məlumat verib.

 

"Nazirlik 2015-16-cı illərdə 4 dəfə ADR Hərəkatını qeydiyyata almaqdan imtına edib. Bundan sonra biz nazirliyi ADR Hərəkatının qeydiyyatından imtina etdiyi üçün məhkəməyə verdik. Azərbaycann məhkəmələri bütün səviyyələrdə (1-ci instansiya, apelyasiya və ali) ƏN-i haqlı çıxardı. Bundan sonra ADR Hərəkatın qeydiyyatı ilə bağlı şikayət Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) göndəildi. AİHM ADR Hərəkatının qeydiyyata alınması və dəymiş mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan hakimiyyəti qarşısında məsələ qaldırmış və oktyabrın 27-dək cavab istəmişdi. Azərbaycan hakimiyyəti ADR Hərəkatını qeydiyyata almaq barədə AİHM qarşısında öhdəlik götürmüş və onu icra edərək ADR Hərəkatını (ADR Partiyasını deyil) dövlət qeydiyyatına alıb.

 

ADR Partiyasının qeydiyyatına gəlincə, bununla bağlı sənədlər 11 noyabr 2021-ci ildə ƏN təqdim edilib və bizə verilən məlumata görə ADR Partiyasının qeydiyyatına hələ baxılmayıb" - Q.İbadoğlu qeyd edib.

Tarix: 9 Dekabr 2021, 14:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin