BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycana qarşı təxribatların başında Ermənistanın baş naziri Nikol Paşinyanın özü dayanır" - AÇIQLAMA

"Ermənistanda hakimiyyət boşluğu yaranıb və "Qarabağ klanı" vəziyyətdən sui-istifadə edərək müxtəlif təxribatlar törədir. Nəticədə, ötən gün də Azərbaycan hərbçisi şəhid olub. Digər tərəfdən isə düşünürəm ki, bu cür təxribatların başında Ermənistanın baş naziri Nikol Paşinyanın özü dayanır. Danışıqlar zamanı o sülh prosesi və Zəngəzur dəhlizi ilə bağlı pozitiv fikirlər səsləndirsə də, əməli addımlar atılmır".

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

 

O bildirib ki, ilkin təəssüratlara əsasən, belə təxribatlar siyasi rəhbərlikdən gəlir və Müdafiə Nazirliyinin xətti ilə həyata keçirilir: "Brüssel görüşü ərəfəsində də belə addım atmalarının məqsədi Azərbaycanın guya təcavüzkar dövlət olduğunu dünyaya göstərməkdir. Bilirik ki, onların informasiya kanalları genişdir və Azərbaycan-Ermənistan sərhədində bizim sərhədçilər tərəfindən guya təcavüzkar əməllər törədildiyini görüş öncəsi bütün dünyaya sübut etmək niyyətindədirlər. Onların hədəfi yalan məlumatlar yayaraq Avropa ictimai rəyini öz xeyirlərinə dəyişməkdir".

 

Nəzrin Cavid

Tarix: 9 Dekabr 2021, 16:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin