BURADA REKLAMINIZ OLA
BİLƏR

““Diversantların azad olunması əvəzinə mina xəritələri” prinsipindən əl çəkməliyik”

“Azərbaycan vətəndaşları minaların partlaması nəticəsində həlak olurlar. Dövlət başçısı İlham Əliyev də bir neçə dəfə vurğulayıb ki, Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin saxtadır. İşin içində olan prezidentin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov də bildirib ki, təqdim edilən xəritələrin dəqiqliyinə tam əmin olmaq təhlükəlidir. Belədirsə, Ermənistanın bizə verdiyi xəritələrin nə əhəmiyyəti var? Tam əksinə, Ermənistan bizə saxta xəritələr təqdim etməklə beynəlxaq təşkilatların bu məsələdə təzyiqindən qurtulmağa və özünü “sülhpərvər” göstərməyə çalışır. Ermənistanın əlini niyə gücləndirməliyik ki? Minaları özümüz təmizləyirik, xarici şirkətlər işə cəlb olunub”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlu qeyd edib ki, iş ləng gedir, bu da ərazinin miqyası ilə bağlıdır: “Fikrimcə, “diversantların azad olunması əvəzinə mina xəritələri” prinsipindən əl çəkməliyik. Onlar hərbçilərini geri alırlar, biz isə hər dəfə deyinirik ki, “bizə verdikləri növbəti xəritə də saxtadır”. Diversantların təhvil verilməsini sülh sazişi tələbiylə əvəz etməliyik. Başqa sözlə, İrəvana mesajmız bu olmalıdır: “Diversantlarının tamamını istəyirsənsə, Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişinə imza at””.

Tarix: 9 Dekabr 2021, 22:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin