BURADA REKLAMINIZ OLA
BİLƏR

“Nə qədər ki, hüquqi sənədlər imzalanmayıb, gərginlik azalmayacaq, hər iki tərəfdən itkilər qeydə alınacaq”

“Nə qədər ki, Azərbaycanla Ermənistan arasında dəhliz, sərhəd və sülh sazişi məsələləri ilə bağlı hüquqi sənədlər imzalanmayıb, gərginlik azalmayacaq, müvəqqəti atəşkərlərə riayət olunmayacaq və hər iki tərəfdən itkilər qeydə alınacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlu qeyd edib ki, Rusiyanın vasitəçiliyi ilə bir il ərzində qəbul olunan 3 bəyanat özündə hüquqi məsuliyyəti ehtiva edən sazişlər deyil: “Ona görə də bəyanatın bir qisim bəndi daim pozulacaq. Həm də ki, Rusiyanın özü də gərginliyin bəlli çərçivədə davamında maraqlıdır ki, hər iki ölkənin ondan hakim rolunda asılılığı azalmasın”.

Tarix: 10 Dekabr 2021, 17:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin