BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiya bu şərtlərə əməl etməzsə, Azərbaycana qarşı yeni təhlükə yaranacaq”

“Rusiyanın Qarabağda etnik ermənilərin yaşadığı ərazidə sülhməramlı fəaliyyəti dörd ildən sonra ciddi problemlə üzləşəcək, çünki Azərbaycan dörd ildən sonra sülhməramlı qüvvələrin fəaliyyətinin sonlandırılmasını tələb edəcək. Bu, yeni gərginliyə yol açacaq. Əks təqdirdə, Rusiya qarşısında əsas şərtlər irəli sürüləcək. Şərtlərin birincisi odur ki, silahlı erməni birləşmələri ləğv edilsin, ikincisi, Laçın dəhlizində Azərbaycan postu yaradılsın, üçüncüsü isə separatçı rejim ləğv olunsun”.

 

Pravda.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə deyib.

 

Politoloq bildirib ki, Rusiya bu şərtlərə əməl etməsə, Azərbaycana qarşı yeni təhlükə yaranacaq: “Belə çıxır ki, Rusiya Azərbaycana əleyhinə erməni təxribatlarına rəvac verəcək. Sülhməramlı qüvvələrin hazırkı missiyası bir il ərzində yalnız erməni separtizmini müdafiə etmək olub və onlar silahlı erməni birləşmələrini Azərbaycanın təzyiqindən qoruyublar. Bu, sülhməramlı qüvvələrin ölkəmiz əleyhinə fəaliyyətini əks etdirir. Post-Putin dövründə Azərbaycan və Rusiya əlaqələrində problemlərin ortaya çıxması da istisna deyil. Ona görə də sülhməramlı qüvvələrlə bağlı ciddi şəkildə planlae qurmalıyıq”.

Tarix: 10 Dekabr 2021, 18:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin