BURADA REKLAMINIZ OLA
BİLƏR

Moskvada “3+3” formatında ilk iclas başa çatdı

Moskvada Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinə həsr olunan "3+3" formatında görüş keçirilib.

 

Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar evində keçirilən görüşdə Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan xarici nazirlərinin müavinləri və İran XİN-in baş direktoru iştirak ediblər.

 

Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Platformanın işini onun bütün iştirakçılarını maraqlandıran praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi çağırış və təhdidlərə qarşı mübarizə tədbirləri daxildir.

 

Beş ölkənin nümayəndələri Gürcüstanın platformanın işinə qoşulmasında maraqlı olduqlarını və onun üçün qapının açıq olduğunu bildiriblər. Vurğulanıb ki, iclasa Gürcüstan nümayəndələri də dəvət olunub. Lakin onlar iclasda iştirakdan imtina ediblər.

 

İclasda aidiyyəti nazirlik və qurumların mümkün iştirakı ilə gələcək addımlar və gələcək üçün iş planları müzakirə edilib.

Tarix: 10 Dekabr 2021, 18:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin