BURADA REKLAMINIZ OLA
BİLƏR

İsgəndər Həmidovun qardaşı oğlu media nümayəndələrinə çağırış etdi

İsgəndər Həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadə media nümayəndələrinə çağırış edib.

 

Pravda.az-ın xəbərinə görə, o İ.Həmidovla bağlı yalan məlumatların yayılmasına etiraz edib.

 

“Etika gözləyirik olmur. İnsanlıq gözləyirik olmur. Yalandan xəbər verirlər ki, İsgəndər Həmidov vəfat edib. İnsanlar narahat olur, yaxınlarına ailə üzvlərinə zəng edib eşitmək istəmədiyimiz acı xəbəri soruşurlar. Acımızı yenidən yaşayırıq. Telefon xətlərində göz yaşlarına hakim ola bilməyən bu adamlara yazıq deyilmi? Adam öz insanının, öz xalqının nümayəndəsinin ağrısına, acısına dəfələrlə səbəbsiz yerə səbəb olmaq istəyərmi? Bir dəfə xəbər yayanları adını qeyd etmədik. Amma olmadıda! İsgəndər Həmidovun vəziyyəti kəskin ağırdır. Amma sağdır. Xahiş edirik, hörmətli media mənsubları, vətəndaşlar, İsgəndər Həmidovun haqqında olan xəbərləri ailə üzvlərinə istinadən veriləndə əhəmiyyət verəsiniz. Bu yalançı, bu saxtakar adamların verdiyi, Həmidovlar ailəsinə heç bir aidiyyatı olmayan adamların xəbərlərinə əhəmiyyət verməyəsiniz”- Ş.Məcidzadə bildirib.

 

Qeyd edək ki, bu ilin 24 yanvarında, təxminən, saat 17.00 radələrində bayır gəzintisi zamanı İ.Həmidovun halı qəflətən pisləşib və huşunu itirərək yıxılıb. Aparılan sonrakı müayinələr (Baş beynin MRT-si, Baş beyin, döş qəfəsi, qarın və çanaq boşluğu orqanlarının kompüter tomoqrafiyası) nəticəsində xəstədə beyində qanama, işemik insult, ikitərəfli virus pnevmoniyası, kreatinin yüksəlməsi müəyyən edilib.

Tarix: 14 Fevral 2020, 15:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin