BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov Ermənistanla sərhəddə baş verən son gərginliklərə münasibət bildirdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən son gərginliklərə münasibət bildirib.

Pravda.az-ın xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, gərginliklərin yaşanmamasının yeganə yolu sərhədlərin delimitasiyası prosesinin başlanılmasıdır.

O qeyd edib ki, Ermənistan indiyə kimi müxtəlif bəhanələrlə buna imkan verməyib:

"Əfsuslar olsun ki, zaman-zaman sərhəddə Ermənistan tərəfindən təxribatlar baş verir. Bunlar çox xoşagəlməz haldır. Həmin təxribatlar nəticəsində insanlar həlak olur. Ermənistan başa düşməlidir ki, belə təxribatlara əl atmaqla heçnəyə nail olmayacaq. Bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq. Hesab edirik ki, Ermənistan bu əməllərindən əl çəkməlidir".

Tarix: 12 Dekabr 2021, 11:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin