BURADA REKLAMINIZ OLA
BİLƏR

​​​​​​​Azərbaycanda bu şəxslər üçün 9 mərtəbədən hündür bina inşa etmək qadağan olundu

Azərbaycanda yaşayış binaları, pilləkənlər, pilləkən qəfəsləri, çıxış və girişlər, dəhlizlər, açıq keçidlər, rampalar, liftlər, əlilliyi olan şəxslərin yaşadıqları mənzillərin giriş qapıları əlilliyi olan şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün ağlabatan uyğunlaşdırılmalıdır.

Pravda.az xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, qocalar üçün nəzərdə tutulan yaşayış binaları doqquz mərtəbədən, əlilliyi olan şəxslərin ailələri üçün nəzərdə tutulan binalar isə beş mərtəbədən hündür olmamalıdır. Digər yaşayış binalarında isə əlilliyi olan şəxslər üçün mənzillərin birinci mərtəbədə yerləşdirilməsi tövsiyə olunur.

Tarix: 13 Dekabr 2021, 11:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin