BURADA REKLAMINIZ OLA
BİLƏR

“Baxmayaraq ki, imkanım var, amma onu almaq olmur”

Rusiyanın Moskva şəhərində yerləşən Kreml sarayında 26-cı “Qızıl qrammofon” mükafatının təqdimetmə mərasimi keçirilib.

Pravda.az xəbər verir ki, mükafatlandırılanların arasında Azərbaycanın Xalq artisti Emin Ağalarov da olub. O, mükafatı “Otpusti i leti” mahnısına görə layiq görülüb. Bu, Ağalarovun sayca üçüncü “Qızıl qrammofon”u olub. 

“Çox qiymətli, dəyərli mükafatdır. Təəssüf ki, onu almaq olmur. Baxmayaraq ki, imkanım var, amma onu satmırlar”, - Emin deyib.

Ağalarov, həmçinin ona mükafat qazandıran “Ospusti i leti” mahnısının müəllifi Konstantin Nonikova təşəkkürünü bildirib: “Bu mükafatı onunla bölüşürəm”.

Tarix: 13 Dekabr 2021, 12:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin