“Bütün sahələr olduğu kimi, media münasibətləri də zaman keçdikcə köklü dəyişikliyə məruz qalır. Xüsusən, informasiya texnologiyalarının hazırkı sürətli inkişaf periodunda informasiya proseslərində, informasiyanın axtarılması, əldə edilməsi, emalı, ötürülməsi, yayımı sahəsində klassik ənənələrlə hərəkət etmək artıq mümkün deyil. Media fəaliyyətini tənzimləyən normativ hüquqi akt - Kütləvi İnformasiya Vasitələri haqqına qanun 22 ildir ki, qüvvədədir və biz bu günə kimi münasibətlərin inkişafı fonunda qanuna müəyyən əlavə və dəyişikliklər etməklə vəziyyətdən çıxmağa çalışmışıq. Bu dövr ərzində 62 maddəlik qanun 79 dəfə dəyişdirilib, 3 fəsil, 25 maddə normativ hüquqi aktdan çıxarılıb. Nəzərə alsaq ki, bu sahəvi qanundur, yəni yalnız media sektorunu tənzimləyir, deməli, bu qədər dəyişiklik qanunun yeni münasibətlər qarşısında aciz qalmasının ciddi göstəricilərdir. Media münasibətlərini tənzimləyən normativ hüquqi aktlar müasir tələblərə artıq cavab vermir, əlavə və dəyişikliklər isə müasir çağırışlarla uzlaşmaq üçün yetərli deyil”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputatın sözlərinə görə, “Media haqqında” qanunun qəbulu dövrün tələbidir: “Təbii ki, ideal qanun yoxdur, ona görə də həmin normativ hüquqi aktın tətbiqi ilə bağlı mediada müəyyən suallar meydana çıxır. Bu, normaldır, lakin müzakirələr, tənqidlər radikal cəbhə tutmaq naminə, özünüisbat xarakterli yox, qanunun təkmilləşməsinə xidmət etməlidir. Məsələn, Milli Məclisdə komitə iclasında media kapitanları və ekspertləri iştirak edirdi, çox faydalı fikirlər, səmərəli və aydın təkliflər eşitdik. Yəni, birbaşa qaralayıcı mühakimələrdə tələsməməliyik, çünki qanun qəbul olunana qədər ictimai müzakirələr davam edəcək, habelə, layihə Milli Məclisin iki komitəsində hər birində iki dəfə, plenar iclasda isə 3 oxunuşdan keçəcək. Qanunun tətbiqi ilə bağlı gedişatı zaman göstərəcək, lakin qanun yaradıcılığı texnikası, normativ hüquqi aktların tələblərinə əməl edilməsi, mümkün kolliziyaların əlavə hüquqi mübahisələrə yol açmaması baxımdan mən layihəni çox uğurlu hesab edərək “Media haqqında” qanun layihəsinin hazırlanmasına ilk növbədə media islahatlarının tərkib hissəsi və mühüm mərhələsi kimi baxılmasının tərəfdarıyam”.
B.Məhərrəmovqeyd edib k i, bəzi məhdudiyyətlər haqqında ictimai müzakirələrin şahid oluruq: “Nəzərə alaq ki, məhdudiyyət tənzimləmənin şərtidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 10-cu maddəsində açıq mətnlə bildirilir ki, məlumat və ideyaları almaq və yaymaq azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Yəni, hazırkı layihədə müşahidə olunan, əvvəlki qanunvericiliyə münasibətdə xeyli azaldılmış məhdudiyyət xarakterli yanaşmalar qeyd olunan müvafiq beynəlxalq hüquqi aktda müəyyən olunan tələblərin çərçivəsindən çıxmır. Layihə ilə bağlı mühüm məqamlardan biri də bu qanunun məzmunca dövlət-media münasibətlərində hüquqi mənzərənin dəqiqləşməsinə yönəlib. Bu da media strukturlarını dövlət orqanlarının diskresion səlahiyyətlərindən asılılıqdan azad edir və üstəlik media strukturlarının özünə dispozitiv imkanlar qazandırır”.
Nəzrin Cavid
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
Ən son xəbərləri səhifəmizdən də izləyin