BURADA REKLAMINIZ OLA
BİLƏR

Birinci vitse-prezidentə və vitse-prezidentlərə diplomatik pasport veriləcək

Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.

 

Pravda.az-ın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 10 dekabr iclasında müzakirəyə çıxarılan “Pasportlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Dəyişiklikliyə əsasən, Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən azı 15 gün keçənədək Azərbaycan Respublikasının birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək. Həmçinin, xaricə 3 aydan artıq müddətə ezam olunan, yuxarıda sadalanan şəxslərlə birlikdə gedən arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına və 18 yaşına çatmış ərdə olmayan qızına da diplomatik pasport veriləcək.

 

Təklif edilən digər dəyişikliyə əsasən, Azərbaycan Respublikasının birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.

Tarix: 13 Dekabr 2021, 13:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin