BURADA REKLAMINIZ OLA
BİLƏR

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Qanın milləti yoxdur" adlı aksiya keçirildi

Rusiya-Azərbaycan Gənclər Birliyi (AMOR) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) dəstəyi ilə Moskvada "Qanın milləti yoxdur" adlı növbəti xeyriyyə aksiyası keçirib.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilən humanitar tədbir MDTU-nun Kliniki transfuziologiya və hematologiya kafedrasında baş tutub.

 

Tədbirdə çıxış edən MDTU-da Azərbaycan klubunun sədri Simarə Məmmədova bildirib ki, azərbaycanlı gənclər xeyriyyə məqsədi ilə qan verirlər: “Məqsədimiz ankoliji xəstəlikdən və COVİD-19-dan əziyyət çəkən insanlara yardım etməkdir”

 

Xatırladaq ki, qanvermə aksiyası 3 gün davam edəcək. Artıq 13 ildir mütamadi olaraq keçirilən xeyriyyə aksiyasında minə yaxın gəncin iştirak edəcəyi gözlənilir.

 

Report

Tarix: 13 Dekabr 2021, 14:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin