BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyevlə Paşinyan sabah görüşəcəklər

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirəcək.

Pravda.az xəbər verir ki, bunu dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammiti ərəfəsində Aİ-nin yüksək səviyyəli nümayəndəsi jurnalistlərə bildirib.

“Avropa Şurasının prezidenti sabah ilk olaraq Azərbaycan prezidenti və Ermənistanın Baş naziri ilə ikitərəfli görüşlər keçirəcək. Sabah axşam isə onlarla üçtərəfli görüş keçirəcək”, - deyə Aİ nümayəndəsi qeyd edib. 

Qeyd edək ki, Ermənistan tərəfi də üçtərəfli görüşün sabah keçiriləcəyini təsdiqləyib. 

Tarix: 13 Dekabr 2021, 18:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin