BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Abbaslı toydan danışdı: “Kiminlə yaxın münasibətim varsa, onları dəvət edəcəyəm”

"Toya dəvət olunanlar arasında dostlar, qohumlar, bir sıra siyasi partiya nümayəndələri olacaq. Bu, toydur, siyasi tədbir deyil. Ona görə də kiminlə münasibətim, yaxın ünsiyyətim varsa, məclisə də onları dəvət edəcəyəm".

 

Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı yaxın günlərdə baş tutacaq toyu barədə danışarkən deyib.

 

Partiya sədri bildirib ki, toy mərasimi dekabrın 21-nə təyin edilib: "Hamı necə təşkil edirsə, biz də elə, yəni, qeyri-adi heç nə yoxdur. Detallar barədə çox danışmaq istəmirəm, çünki hesab edirəm ki, bu, oxucular üçün də maraqlı olmaz".

 

Qeyd edək ki, Tural Abbaslı sabiq deputat İkram İsrafilin qızı Nərmin İsrafil ilə ailə həyatı quracaq.

Tarix: 14 Dekabr 2021, 11:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin