BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Ermənistan və onun havadarları bilməlidir ki, Azərbaycanın yaratdığı yeni reallıq dəyişilməzdir və alternativi yoxdur"

"Brüssel görüşündə Azərbaycanın mövqeyi dəyişilməzdir. Gözlənti odur ki, görüş post-müharibə dövründə regionda sabitliyin və davamlı sülhün təmin edilməsinə xidmət edəcək. Hesab edirəm ki, görüş çərçivəsində üçtəfli bəyanatların icrasına töhfə verəcək bir sıra müzakirələr aparılacaq".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov dekabrın 15-də keçirilməsi planlaşdırılan Brüssel görüşü barədə danışarkən deyib.

 

Parlament üzvü bildirib ki, Brüsseldə müzakirə ediləcək mövzular arasında Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər prioritet olacaq: "Azərbaycan döyüş meydanında qələbəsini təmin edib, siyasi meydanda da sözünü deməyə davam edərək qələbəsini möhkəmləndirir. Azərbaycanın mövqeyi və tələbi region dövlətlərinin də istək və arzularına uyğundur. İstənilən halda, görüş zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın vəziyyəti manipulyasiya etmə cəhdlərini də müşahidə edə bilərik. Ermənistan və onun havadarları bilməlidir ki, Azərbaycanın yaratdığı yeni reallıq dəyişilməzdir və alternativi yoxdur. Əks halda, "dəmir yumruq" yerindədir və yenidən hərəkətə keçib yarımçıq qalmış məsələləri tam şəkildə həll edə bilər. Belə olan halda isə, burada uduzan tərəf yenə də Ermənistan və ona boş ümidlər verən qüvvələr olacaq".

 

Nəzrin Cavid

Tarix: 14 Dekabr 2021, 12:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin