BURADA REKLAMINIZ OLA
BİLƏR

“Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum” - Aqil Abbas

 

“Naxçıvanda artıq kənd turizmi sahəsində işlərə başlanıb, nailiyyətlər də var. Bu gün burda hamı təkliflərini dedi. AZAL qiymətləri endirəcəkmi? Yox, endirməyəcək. Artıq İrəvandan İstanbula reys açılır, bizim pulla 80 manat. Mən də gözləyirəm, Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Aqil Abbas bildirib.

 

A.Abbas qeyd edib ki, bu məsələyə ciddi şəkildə baxılmalıdır: “Deputatların bu gün burda dediyi qalır havada. Sözümüzün havada qalmaması üçün bəlkə bu məsələyə qayıtmayaq, AZAL qiymətləri qaldıra-qaldıra getsin? AZAL-ın bu qədər pulu var, Allahın bir futbol komandasını da saxlaya bilmədi. Dünən Prezident İlham Əliyev “Qarabağ” futbol klubunu qəbul etdi, dedi ki, niyə Azərbaycanın bir futbol klubu olmalıdır? İş adamları pul ayırmır. Digər tərəfdən, qiymətlər çox bahadır. Hotellərdə bir gecə, iki gün qalmaq üçün mənim 1 aylıq maaşım qədər pul verməlisən. Qiymət məsələsi birdəfəlik həll olunmalıdır. Xahiş edirəm, Sahibə xanım, özünüz Milli Məcisin sədri kimi bu işə qarışın”.

Tarix: 14 Dekabr 2021, 13:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin