BURADA REKLAMINIZ OLA
BİLƏR

Zakir Qaralovdan sahibkarlarla bağlı TAPŞIRIQ

"Sahibkarlıq subyektlərinin fəaliyyətinə əsassız müdaxilələrə yol verilməməlidir".

 

Pravda.az-ın xəbərinə görə, bunu Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

 

Kollegiya iclasında sahibkarlıq subyektlərinin fəaliyyətinə əsassız müdaxilələrə yol verilməməsi diqqətə çatdırılmaqla, sahibkarlar arasında yaranmış mülki xarakterli mübahisələrə dair prokurorluq orqanlarına daxil olmuş şikayətlər üzrə mülki qaydada məhkəmə orqanlarına müraciət etmələri barədə izahların verilməsi prokurorluq əməkdaşlarından ciddi tələb edilmişdir.

Tarix: 14 Fevral 2020, 18:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin